Təcrübə proqramları
Universitetdə oxuyarkən və ya məzun olandan sonra iş təcrübəsi qazanmaq üçün açıq təcrübə proqramları (internship). Elanlar şirkətlərin rəsmi karyera səhifələrindən toplanır və hər gün yenilənir; son tarixi keçənlər avtomatik çıxır. Müraciətdən əvvəl CV-ni pulsuz yoxlaya və elana uyğunluğunu görə bilərsən.
- TəcrübəSon gün: bu gün⚠ Kursuna uyğun deyilİşə Qəbul və Seçim şöbəsi üzrə Təcrübəçi (Recruitment)Unibank Kommersiya Bankı · Bakı · OfisBax
- TəcrübəSon gün: bu gün⚠ Kursuna uyğun deyilİnsan Resursları şöbəsi üzrə TəcrübəçiUnibank Kommersiya Bankı · Bakı · OfisBax
Şirkətlər
Tez-tez verilən suallar
Təcrübə proqramı (internship) nədir?
Tələbənin və ya yeni məzunun şirkətdə müəyyən müddət, adətən 1–6 ay, real tapşırıqlar üzərində işləməsidir. Gündəlik dildə “staj” da deyilir. Bəzi təcrübə proqramları ödənişlidir, bəziləri ödənişsiz; hər elanda bu göstərilir.
Bakıda təcrübə proqramına necə müraciət etmək olar?
Uyğun elanı seç, son tarixi və tələbləri oxu, CV-ni elana uyğunlaşdır və elandakı linklə müraciət et. Himate-də hesab açsan, CV-ni pulsuz yoxlaya, elana uyğunluğunu görə və bütün müraciətlərini bir yerdə izləyə bilərsən.
Yay təcrübə proqramları nə vaxt elan olunur?
Bir çox şirkət və dövlət qurumu yay təcrübəsini mart–may aylarında elan edir, amma il boyu açılan təcrübə proqramları da var. Yeni elanları qaçırmamaq üçün Himate-də email bildirişlərini aç.
Təcrübə proqramı üçün iş təcrübəsi lazımdır?
Əksər təcrübə proqramları iş təcrübəsi tələb etmir. Kurs layihələri, könüllü fəaliyyət, tələbə təşkilatları və sertifikatlar CV-də təcrübə kimi göstərilə bilər.
Ödənişli təcrübə proqramlarını necə tapım?
Sənə uyğun olanları gör
Qoşul: sahənə və kursuna uyğunluq faizini gör, vakansiyaları yadda saxla, müraciətlərini bir yerdə izlə. Pulsuz.
