himate
Qoşul

Məxfilik

Son yenilənmə: 31 oktyabr 2026

Hansı məlumatları toplayırıq

Hesab məlumatların (ad, e-poçt, universitet, kurs, sahə), yüklədiyin CV faylları, CV hesabatları, uyğunluq yoxlamaları və platformadakı fəaliyyətin (məs. hansı tədbirə baxdığın).

Nə üçün istifadə edirik

Sənə uyğun imkanları və tədbirləri göstərmək, CV-ni təhlil etmək və e-poçt göndərmək üçün. Məlumatlarını satmırıq.

AI ilə təhlil

CV-nin mətni və yapışdırdığın vakansiya mətni təhlil üçün süni intellekt modeli provayderlərinə göndərilir və süni intellekt modelləri və LLM-lər ilə təhlil edilir. Göndərməzdən əvvəl adın, e-poçtun, telefonun və linklərin mətndən çıxarılır; CV faylının özü və şəklin göndərilmir. Bu provayderlər API vasitəsilə göndərilən məlumatlardan model öyrətmək üçün istifadə etmir. CV yükləyəndə ayrıca razılığını soruşuruq.

Kompas

Kompas testində seçdiyin cavablar və nəticən yalnız sənə görünür. Onları şirkətlərə heç vaxt vermirik və vakansiya sıralamasında istifadə etmirik. Analitika üçün yalnız anonim, ümumi rəqəmlərdən istifadə edirik. Nəticələrini Kompas səhifəsində istənilən vaxt tam silə bilərsən. Silmədən sonra yalnız son keçmə tarixi saxlanılır ki, 6 ayda bir keçmə qaydası işləsin.

Harada saxlanılır

Məlumatlar Supabase-də (Avropa İttifaqı, Frankfurt) saxlanılır. CV faylların şəxsi qovluqdadır: onları sən, «HiMate ilə müraciət et» ilə müraciət etdiyin şirkətlər və dəstək lazım olanda HiMate komandası görə bilər.

Kim nəyi görür

Müraciət etdiyin şirkət (və onun işə qəbul komandası) profilini, seçdiyin CV-ni, suallara cavablarını və avtomatik uyğunluq balını görür. Müraciət etmədiyin şirkətlər səni görmür; onlara yalnız ən azı 5 nəfərlik anonim saylar göstərilir. Kompas nəticən heç vaxt şirkətlərə getmir; coach yalnız sən icazə versən, paylaşım keçidi isə yalnız sən yaratsan görür.

Xidmət təminatçıları

Platforma bu şirkətlərin xidmətlərindən istifadə edir: Supabase (verilənlər bazası və fayllar, AB), Vercel (sayt hostinqi), süni intellekt modeli provayderləri (CV və vakansiya mətninin AI təhlili, ABŞ: məlumat Azərbaycandan və AB-dən kənara ötürülür, buna CV təhlilindən əvvəl razılıq verirsən), Resend (e-poçt göndərişi), Google (coach görüşləri üçün təqvim; saytın statistikası və reklam kampaniyalarının ölçülməsi üçün Google Analytics və Google Ads — hansı səhifəyə baxdığın və qeydiyyat, müraciət, CV yaratmaq kimi addımlar, adın və e-poçtun olmadan), Cloudflare (domen və e-poçt yönləndirmə), PostHog (saytdan necə istifadə olunduğunun analitikası, AB: hansı səhifəyə baxdığın və hansı düyməyə basdığın hesabının daxili identifikatoru ilə, adın və e-poçtun olmadan), analitika vasitəsi (yalnız cookie panelində razılıq versən: kliklərin, sürüşdürmənin qeydi və istilik xəritələri, hesabının daxili identifikatoru ilə; adın, e-poçtun, CV-n və müraciətlərinin məzmunu gizlədilir). Onlar məlumatlarını yalnız bu xidməti göstərmək üçün emal edir.

Nə qədər saxlayırıq

Hesab məlumatlarını, CV-ni və hesabatlarını hesabın açıq qaldıqca saxlayırıq; istənilən faylı və ya Kompas nəticəni özün silə bilərsən. Hesabını silsən, məlumatların aktiv sistemlərdən silinir, ehtiyat nüsxələrdən isə növbəti ehtiyat dövrəsində yox olur. Şirkətin artıq yüklədiyi CV-ni geri çəkə bilmərik; şirkət qaydalarına görə onlar vakansiya bağlandıqdan ən gec 12 ay sonra, ya da sənin tələbinlə belə nüsxələri silməlidir.

Universitetlər və işəgötürənlər

CV-ni və profilini yalnız sən «HiMate ilə müraciət et» düyməsi ilə müraciət edəndə həmin şirkətə göndəririk. Başqa heç kimə vermirik və satmırıq. Gələcəkdə hesabatlarda yalnız ümumiləşdirilmiş, anonim statistikadan istifadə edə bilərik və bunun üçün ayrıca razılığını soruşacağıq.

Sənin hüquqların

Məlumatlarının surətini istəyə, onları düzəltməyə və ya hesabını silməyə haqqın var. Bunun üçün info@himate.az ünvanına yaz.

Məxfilik · HiMate